Bağçalarda tərbiyəçi-müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Bağçalarda tərbiyəçi-müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ

577907

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin seçimi üzrə qeydiyyat başlanır.

BŞTİ-dən Bizim.Media-ya bildirilib ki, oktyabrın 29-dan başlayan qeydiyyat prosesi noyabrın 4-ü saat 17:00-da başa çatacaq. 

Vakant yerlər üzrə qeydiyyatdan bu il avqustun 29-da keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində 45-60 bal aralığında nəticə göstərmiş namizədlər keçə bilərlər.

Namizədlər yalnız bir məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər.
 

Vakant yerlərin seçimi üzrə qeydiyyatdan keçmiş namizədlər SMS vasitəsilə müsahibəyə dəvət olunacaqlar. Müsahibədə uğur qazanmış namizədlər bal ardıcıllığına uyğun olaraq vakant yerlərə təyin olunacaqlar.


Müsahibəyə dəvət olunan namizədlərin şəxsiyyət vəsiqəsi və diplomunu təqdim etməsi mütləqdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin