Paytaxtın bəzi yollarında TIXAC VAR

Hazırda oxunan: Paytaxtın bəzi yollarında TIXAC VAR

577890

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından metronun "20 Yanvar" stansiyası istiqamətində;

4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

6. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

15. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

16. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

17. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

18. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

19. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Həsən Əliyev küçəsi istiqamətində;

20. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin