Azərbaycanda 16 yaşında ana olan yeniyetmə körpəsindən İMTİNA ETDİ - VİDEO

Hazırda oxunan: Azərbaycanda 16 yaşında ana olan yeniyetmə körpəsindən İMTİNA ETDİ - VİDEO

577866

Azərbaycanda 16 yaşlı yeniyetmə ana olub və dünyaya gətirdiyi körpədən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib.

Onun sözlərinə görə yeniyetmə ana körpəyə baxmaqdan imtina edib:

“İstəyirdik ki, bu körpə anasının qucağında, onun sevgisi ilə böyüsün. Ancaq bütün səylərimizə baxmayaraq, ana körpəyə baxmaq istəmədiyini bildirdi. Onu qınaya bilmirik onun cəmi 16 yaşı var.
 

Bu körpəni sahibsiz qoyan atasına isə yalnız bir arzumuz var: ümid edirik ki, bir gün vicdanı oyanar və ən azından bu körpəyə sahib çıxar”, - deyə sığınacaq rəhbəri əlavə edib.


Mehriban Zeynalova hazırda körpənin körpələr evinə yerləşdirilməsi üçün müvafiq prosedurların aparıldığını bildirib.




Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin