Yuliya Pasternak yüksək vəzifəyə təyin edildi

Hazırda oxunan: Yuliya Pasternak yüksək vəzifəyə təyin edildi

577865

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə (DTMQİ) yeni aparat rəhbəri təyin edilib.

Bizim.Media xəbər verir ki, bu vəzifə Pasternak Yuliya Oleqovnaya həvalə edilib.
 

Yuliya Pasternak Bakı şəhərində anadan olub. Ali təhsilinin bakalavr dərəcəsini Bakı Dövlət Universitetində İnzibati idarəetmə ixtisası üzrə, magistr dərəcəsini isə Maliyyə menecmenti üzrə tamamlayıb.


Əmək fəaliyyətinə 2009-cu ildə başlayıb, 11 il ərzində ölkənin bank sektorunda maliyyə və mühasibatlıq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışaraq strateji maliyyə planlaşdırılması, büdcə nəzarəti və risklərin idarə olunması üzrə təcrübə qazanıb.
 

2020-2025-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Maliyyə departamentinə rəhbərlik edib, daha sonra isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.


Qeyd edək ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri vəzifəsini bundan öncə Fuad Xəlilov icra edib.

Onun DTMQİ-nin İdarə Heyətinin üzvü təyin olunmasından sonra bu vəzifəyə Yuliya Pasternak təsdiq edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin