m10 ilə Binance əməliyyatları – manatla, təhlükəsiz, vasitəçisiz!

Hazırda oxunan: m10 ilə Binance əməliyyatları – manatla, təhlükəsiz, vasitəçisiz!

577864

Azərbaycanın aparıcı fintex platforması m10, dünyanın ənböyük kriptovalyuta birjası Binance ilə əməkdaşlıq edərək, ölkədə ilk dəfə Azərbaycan manatı ilə vasitəçisiz kripto-fiat əməliyyatlarını təqdim edir.

İstifadəçilər birbaşa m10 hesablarından Binance hesablarınamanatla vəsait əlavə edə və çıxara bilərlər — tam şəffaf, təhlükəsiz və vasitəçisiz şəkildə.

Təhlükəsizlik – ən yüksək səviyyədə

Bu xidmət, Azərbaycan Mərkəzi Bankının (AMB) xüsusitənzimləmə rejimində (sandbox) sınaqdan keçirilən ilk fintexplatforması kimi, həm rəsmi statusa, həm də yüksəktəhlükəsizlik standartlarına malikdir. Bütün əməliyyatlar bank infrastrukturu üzərindən həyata keçirilir.

m10 və Binance inteqrasiyasının ilk mərhələsi AMB-nınsandbox rejimindən uğurla keçərək, 6 aylıq sınaq müddətinibaşa vurub və daha 6 ay müddətinə ikinci mərhələyə keçidedib.

Əməliyyat şərtləri

● Valyuta: Azərbaycan manatı (AZN)

● Balans artırma komissiyası: 1%

● Vəsait çıxarma komissiyası: 1.5%

● *Əməliyyat limiti: 20,000 ABŞ dolları ekvivalentinədək

*Qeyd: Aylıq 20,000 ABŞ dolları ekvivalentinədək əməliyyatlimiti Azərbaycan Mərkəzi Bankının müvafiq qaydalarınaəsaslanır. Xidmət yalnız Azərbaycan vətəndaşları üçünəlçatandır və KYC (müştərini tanı) prosedurununtamamlanması mütləqdir.

Azərbaycanın kripto əməliyyatlarında yeni mərhələ

Bu əməkdaşlıq, ölkədə kripto-ekosistemin inkişafında mühümaddım olmaqla, istifadəçilərə rahatlıq, qanunvericiliyəuyğunluq və maliyyə şəffaflığı təmin edir.

Necə başlamaq olar?

1. Binance tətbiqinə və ya rəsmi vebsayta daxil olun vəqeydiyyatdan keçin.

2. Deposit bölməsində AZN → m10 seçərək m10 hesabınızvasitəsilə balansınızı artırın.

3. Withdraw bölməsində m10 hesabınızı göstərərək vəsaitiçıxarın.

m10 haqqında

m10, Azərbaycanın aparıcı fintex şirkətlərindən biri olanPashaPay tərəfindən hazırlanmış rəqəmsal cüzdandır və Bir ekosisteminin fintex həllidir.
 

2022-ci ildən istifadəyə verilmişm10 fərdlər və bizneslər üçün maliyyə əməliyyatlarını sadələşdirməyi, vəsaitlərin idarə edilməsini və ödənişlərinhəyata keçirilməsini təhlükəsiz və rahat şəkildə təmin etməyihədəfləyir.


Ətraflı məlumat üçün: //m10.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin