Gömrük Akademiyasında icbari tibbi sığorta haqqında maarifləndirici təlim keçirilib - FOTO

Hazırda oxunan: Gömrük Akademiyasında icbari tibbi sığorta haqqında maarifləndirici təlim keçirilib - FOTO

577817
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün icbari tibbi sığorta haqqında maarifləndirici təlim keçirilib. Təlim İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və tədbirlər şöbəsinin baş məsləhətçisi Elvin Abbasov tərəfindən təqdim edilib.
 
İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması məqsədilə keçirilən təlimdə icbari tibbi sığorta haqları, xidmət zərfində yer alan tibbi xidmətlər, tibbi xidmətdən istifadə qaydaları, sığorta limiti, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilmə qaydası və s. mövzular barəsində tələbələrə geniş məlumat verilib.
 
Daha sonra tələbələrin sualları təlimçi tərəfindən ətraflı cavablandırılıb. Sonda iştirakçıların mövzu üzrə əldə etdiyi biliklər əsasında sorğu keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin