Saleh Səmədovun işdən çıxarılan oğlunun yerinə TƏYİNAT – FOTO

Hazırda oxunan: Saleh Səmədovun işdən çıxarılan oğlunun yerinə TƏYİNAT – FOTO

577812

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun işdən çıxarılan oğlu Kamran Səmədovun yerinə təyinat olub.
 

MÖVZU İLƏ BAĞLI: 

DTX tərəfindən saxlanılan Saleh Səmədovun üçüncü oğlu da vəzifədən uzaqlaşdırıldı


Bizim.Media "Unikal.az"a istinadən xəbər verir ki, vaxtilə İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini işləyən Kamran Səmədovun yerinə Şəmşir Əhmədov təyin edilib. O, artıq işinin icrasına başlayıb.

Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti" ilə çıxış etmişdi.


O, sonradan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib.

Hazırda iş üzrə ibtidai istintaq aparılır. S.Səmədovun oğlu Kamran Səmədov isə atasının "Georgi lenti" ilə çıxışından bir neçə gün sonra vəzifəsindən azad edilmişdi.

Fotoda: Kamran Səmədov



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin