Azərbaycanda qadın hakim və prokurorların sayı AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda qadın hakim və prokurorların sayı AÇIQLANDI

577810
Azərbaycanda qadın hakim və prokurorların sayı məlum olub.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
 
Ötən ilin statistikasına əsasən hakim qadınların sayı 91 nəfər təşkil edib. 2021-ci ildə prokurorluq orqanlarında çalışan qadınların sayı 93 nəfər olub. Qeyd olunub ki, 2020-ci illə müqayisədə qadın prokurorların sayı 24% artım artıb.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin