“Lukoil” Azərbaycandakı yanacaqdoldurma məntəqələrini satışa çıxarıb? – RƏSMİ CAVAB

Hazırda oxunan: “Lukoil” Azərbaycandakı yanacaqdoldurma məntəqələrini satışa çıxarıb? – RƏSMİ CAVAB

577791

Ötən gün bəzi media resurslarında və sosial şəbəkələrdə “Lukoil” şirkətinin Azərbaycandakı yanacaqdoldurma məntəqələrini satışa çıxarması ilə bağlı xəbərlər yayılıb.
 

İddialara görə, ABŞ-ın Rusiya neft şirkətləri “Rosneft” və “Lukoil”un törəmə qurumlarını sanksiya siyahısına daxil etməsindən sonra “Lukoil” Türkiyə, Rumıniya, Bolqarıstan və Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə yanacaqdoldurma məntəqələrini satışa çıxarmaq qərarına gəlib.


Səslənən iddialara aydınlıq gətirmək üçün "LUKOİL-Azərbaycan" QSC ilə əlaqə saxladıq.

Şirkət Bizim.Media-nın sorğusuna cavab olaraq, sözügedən iddiaları təkzib edib:

“Əsası olmayan iddialardır. “LUKOİL-Azərbaycan” əvvəlki kimi öz fəaliyyətini davam etdirir”.

Qeyd edək ki, “Lukoil”in Azərbaycanda 87 yanacaqdoldurma məntəqəsi və 1 neft bazası fəaliyyət göstərir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin