Astarada DƏHŞƏT – 17 yaşlı hamilə qız toy gecəsi həyatını İTİRDİ - FOTO

Hazırda oxunan: Astarada DƏHŞƏT – 17 yaşlı hamilə qız toy gecəsi həyatını İTİRDİ - FOTO

577779

Astara rayonunda 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova həyatını itirib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, yeniyetmə qızın dünən Deqədi kəndindəki şadlıq saraylarından birində toyu olub.

Toydan sonra onun vəziyyəti pisləşib və dərhal Astara rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 

Qeyd edək ki, Ə.İmanovanın hələ 18 yaşını tamam olmayıb və o, hamilə imiş.


Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin