Həbsdəki həyat yoldaşına gödəkçənin cibində narkotik göndərdi – FOTO

Hazırda oxunan: Həbsdəki həyat yoldaşına gödəkçənin cibində narkotik göndərdi – FOTO

577776

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyindfən məlumat verilib.
 

Bildirilib ki, məhkuma həyat yoldaşı tərəfindən göndərilmiş bağlamaya baxış keçirilən zaman gödəkçənin cibində gizlədilmiş bükülülərdə 1,860 qram heroin və 0,498 qram metamfetamin aşkar olunub.


Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin