Polis Astarada əməliyyat keçirdi: Tutulan var – FOTO

Hazırda oxunan: Polis Astarada əməliyyat keçirdi: Tutulan var – FOTO

577762

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, narkokuryerlikdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı Tapdıq Zeynalov rayonun Sım kəndi ərazisində saxlanılıb.
 

Həmin şəxsin olduğu avtomobildən qaçaqmalçılıq yolu ilə xaricdə yaşayan narkotacirdən əldə etdiyi 8 kiloqram marixuana aşkarlanaraq götürülüb.


T.Zeynalovun həmin narkotik vasitəni maddi qazanc qarşılığında paytaxt ərazisində deyiləcək ünvana çatdırmaq barədə sövdələşdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin