Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 1993-cü il təvəllüdlü D. Nəbiyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal tibbi yardım göstərilib, bıçaq yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media





























































































