Alkoqolun az miqdarı belə xərçəng yarada bilər

Hazırda oxunan: Alkoqolun az miqdarı belə xərçəng yarada bilər

577736

Alkoqolun az miqdarı belə xərçəng yarada bilər.

Bizim.Media xəbər verir ki, bunu rusiyalı toksikoloq Mixael Kutuşov bildirib.

"Alkoqol orqanizm üçün toksik maddədir və hüceyrələrin DNT-sinə zərər verir. Bu da zamanla mutasiyalara və xərçəngin yaranmasına səbəb ola bilər".

Həkimin sözlərinə görə, alkoqol ən çox həzm orqanlarını, ağız boşluğu, boğaz, qida borusu və qaraciyəri zədələyir.

Çünki məhz bu orqanlarda etanol parçalanır və zərərli maddələr toplanır. Kutuşov qeyd edib ki, hətta az miqdarda içki belə riski artırır, daimi içki istifadəsi isə xərçəng təhlükəsini dəfələrlə yüksəldir. Alkoqolun zərəri xüsusilə siqaret və düzgün olmayan qidalanma ilə birlikdə daha da artır.
 

Mütəxəssis əlavə edib ki, alkoqolun mənfi təsiri dərhal hiss olunmur, illər keçdikcə hüceyrələrdə toplanan zədələr nəticəsində xərçəng inkişaf edə bilər.


Ona görə də alkoqol qəbulunu minimuma endirmək, ən yaxşısı isə tamamilə imtina etmək tövsiyə olunur. (Mənbə: milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin