Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Xürel, Avaran, Ləyərqışlaq, Yeni Həyat, Həsənqala, Bədirqala kəndlərində şəhidlərin məzarlarını ziyarət edib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, ziyarətdə həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısı Aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhid ailələrinin üzvləri və kənd ağsaqqalları iştirak ediblər.
Həm ikinci, həm də birinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, məzarlar üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad edilib.
İcra başçısı Sahir Məmmədxanov şəhid ailələrinin üzvləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb.













Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

- A-
- A
- A+
Cəmiyyət
18:52 / 28.10.2025
Qusarda şəhidlərin məzarları ziyarət edildi - FOTO
Hazırda oxunan: Qusarda şəhidlərin məzarları ziyarət edildi - FOTO
Hazırda oxunan: Qusarda şəhidlərin məzarları ziyarət edildi - FOTO
577699
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































