Azərbaycanda ilk dəfə Bakı Retina Beynəlxalq Elmi Konfransı keçirildi – FOTO

Hazırda oxunan: Azərbaycanda ilk dəfə Bakı Retina Beynəlxalq Elmi Konfransı keçirildi – FOTO

577690

Oktyabrın 25-də Bakıda tibb elmləri doktoru, vitreo-retinal cərrah Tural Qəlbinurun sədrliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti Oftalmologiya kafedrasının tərəfdaşlığı ilə beynəlxalq elmi konfrans baş tutub.

Bizim.Media xəbər verir ki, tədbir oftalmologiyanın əsas istiqamətlərindən biri olan retina xəstəlikləri və onların müasir müalicə üsullarına həsr olunub.

Konfransın açılışında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Prof. Dr. Nazim Pənahov, Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru Prof. Dr. Anar Ağayev, Elmi işlər üzrə prorektoru Prof. Dr. Məlahət Sultan, Oftalmologiya kafedrasının müdiri Prof. Dr. Paşa Musayev, eləcə də Türkiyə Cümhuriyyətləri Oftalmoloji Cəmiyyətinin sədri Prof. Dr. Öner Gelişkən çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Onlar qeyd ediblər ki, bu konfrans Azərbaycanda oftalmologiyanın inkişafı, beynəlxalq elmi əməkdaşlıqların gücləndirilməsi və gənc mütəxəssislərin biliklərinin artırılması baxımından mühüm addımdır.

Konfransda 9 ölkədən 19 tanınmış spiker çıxış edib. Onlar retina xəstəliklərinin diaqnostika və müalicəsində tətbiq olunan ən son elmi yenilikləri, qabaqcıl texnologiyaları və innovativ yanaşmaları təqdim ediblər. Ümumilikdə 300 nəfərdən çox iştirakçının qatıldığı tədbir yalnız nəzəri bilik əldə etməyə deyil, həm də beynəlxalq miqyasda təcrübə mübadiləsi aparmağa və peşəkar şəbəkələşməyə geniş imkan yaradıb.

Tədbir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Elmi Tibbi Şura tərəfindən 11 DTT kredit balı ilə akkreditasiya olunub. Bu isə iştirakçıların əldə edəcəyi bilik və təcrübələrin rəsmi şəkildə tanınmasına zəmanət verir.

Konfrans, oftalmologiya sahəsində fəaliyyət göstərən həkim və mütəxəssislər üçün peşəkar şəbəkələşmə, beynəlxalq əməkdaşlıq və yeni perspektivlər qazanmaq baxımından mühüm platforma olub. İştirakçılar ən son elmi nailiyyətlərlə tanış olmaqla yanaşı, təcrübələrini paylaşaraq sahənin inkişafına töhfə vermək imkanı əldə ediblər.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin