Elektrikli velosipedlərin ölçüsü ilə bağlı PROBLEM - Niyə hamıya UYĞUN deyil?

Hazırda oxunan: Elektrikli velosipedlərin ölçüsü ilə bağlı PROBLEM - Niyə hamıya UYĞUN deyil?

577683

Bakının yollarında çəkilən xüsusi velosiped zolaqlarının sayı hər gün artır. Bu yollarla şəhərin bir tərəfindən digər tərəfinə getmək çox asanlaşıb. Paytaxtın bir çox yerində velosiped parkları yaradılıb və sakinlər bu nəqliyyat vasitəsindən istifadə etməklə mənzilbaşına asan çata bilirlər.
 

Dənizkənarı Bulvarda da asudə vaxtını velosiped sürərək keçirənlər az deyil. Lakin paytaxtın hər yerində rast gəldiyimiz “Apar Ride” MMC-yə məxsus velosipedlər, xüsusilə, elektrikli velosipedlər tək ölçüdədir, istifadəçinin seçim şansı yoxdur. Bu da azyaşlı, qısa boylu və ağır çəkili insanlar üçün əlverişli deyil.


Məsələ ilə bağlı “Apar Ride” MMC -dən Bizim.Media-ya bildirilib ki, yeni velosipedlərin gətirilməsi nəzərdə tutulsa da, ölçüsü barədə dəqiq məlumat yoxdur:

“Sadə velosipedlərdən 14 yaşdan, elektrikli velosipedlərdən isə 16 yaşdan yuxarı şəxslər istifadə edə bilərlər. Həmçinin istifadəçinin çəkisi 100 kq-dan artıq, boyu isə 155 sm-dən aşağı olmamalıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin