Taksi sürücüləri üçün minimum yaş həddi müəyyən edilsə də, maksimum yaş həddi mövcud deyil. Bu isə cəmiyyətdə sual doğurur.
70 yaşdan yuxarı şəxslərin sükan arxasında olması təhlükəli deyil? Bəs niyə bu məsələdə konkret yaş məhdudiyyəti qoyulmur?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, yaş məhdudiyyəti məsələsi bilavasitə sürücülük vəsiqəsinin qüvvədə olma müddəti və tibbi yoxlamalarla bağlıdır:
“Sürücülük fəaliyyəti üçün əsas göstərici vəsiqədir. Vəsiqə yalnız tibbi müayinə nəticəsində verildiyi üçün insanın sağlamlıq durumu əsas şərtdir. Yəni, 70 yaşlı şəxs tibbi baxımdan sağlam hesab edilərsə və refleks, görmə, eşitmə göstəriciləri normaldırsa, onun avtomobil idarə etməsində hüquqi problem yoxdur. Hər hansı yaş həddinin avtomatik şəkildə məhdudlaşdırılması düzgün olmazdı”.
Ekspertin sözlərinə görə, bəzi ölkələrdə 65 və ya 70 yaşdan yuxarı sürücülər müntəzəm tibbi yoxlamalardan keçir və bu, onların sükan arxasında qalma qabiliyyətini qiymətləndirmək üçün vacib mexanizmdir:
“Azərbaycanda da bu təcrübənin tətbiqi mümkündür. Yaş artdıqca insanın reaksiya sürəti azalır, görmə zəifləyir, yorğunluq daha tez baş verir. Bu səbəbdən 65+ yaşlı sürücülərin illik tibbi yoxlanışı məcburi olmalıdır. Bu, nəqliyyat təhlükəsizliyi baxımından vacib addım sayılardı”.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:30 / 28.10.2025
Taksi sürücülərinin YAŞ MƏHDUDİYYƏTİ – 70 yaşlı şəxsin sükan arxasında olması TƏHLÜKƏLİDİRMİ?
Hazırda oxunan: Taksi sürücülərinin YAŞ MƏHDUDİYYƏTİ – 70 yaşlı şəxsin sükan arxasında olması TƏHLÜKƏLİDİRMİ?
Hazırda oxunan: Taksi sürücülərinin YAŞ MƏHDUDİYYƏTİ – 70 yaşlı şəxsin sükan arxasında olması TƏHLÜKƏLİDİRMİ?
577662
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































