Bəzi avtomobillər üçün vergi güzəştlərinin ləğvi xəbərinin yayılması bazarda qiymətlərin artmasına səbəb olub.
Qiymət artımı ən çox hibrid avtomobillərdə özünü göstərməkdədir. Belə ki, bu avtomobillər son 4-5 gündə ən azı 10 faiz bahalaşıb.
Belə ki, gələn ilin dövlət büdcəsində bu avtomobillərə tətbiq edilən vergi güzəştlərinin ləğv edilməsi gözlənilir. Bu da öz növbəsində alıcıların diqqətini cəlb edir.
Bahalaşma hansı həddə qədər davam edəcək?
Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, son 3 gündə hibrid avtomobillərin qiymətinin təxminən 10 faiz bahalaşması bazarda bir neçə paralel amilin təsiri ilə bağlıdır:
“Son günlər bəzi ölkələrdən gətirilən avtomobillərin tədarükündə logistika gecikmələri yaranıb. Eyni zamanda, Azərbaycanda gömrük rüsumu və ya sertifikat xərcləri ilə bağlı gözlənilən dəyişiklik xəbərləri bazarda süni tələbi artırıb. Üstəlik, benzinin qiymətinin artacağı ilə bağlı bazarda söz-söhbətlər var. Bu da insanları daha qənaətcil modellərə, yəni hibridlərə yönəldir”.
Müsahibimiz hesab edir ki, hibridlər tədricən keçid mərhələsi kimi öz yerini tam elektrikli avtomobillərə verəcək:
“Bu zaman ikinci əl hibridlərin qiyməti sabitləşəcək və bir qədər enə bilər. Yəni hazırkı 10 faizlik bahalaşma emosional və qısamüddətli reaksiyadır. Bu həm tələbat sıçrayışı, həm də idxal qeyri-sabitliyinin nəticəsidir. Əgər hökumətdən və ya yanacaq bazarından yeni xəbər gəlməzsə, növbəti 2 həftədə qiymətlərdə əlavə 3–5 faiz artım, sonra sabitləşmə gözlənilir”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 29.10.2025
Hibrid avtomobil almağa TƏLƏSMƏYİN! – Yenidən ucuzlaşa bilər
Hazırda oxunan: Hibrid avtomobil almağa TƏLƏSMƏYİN! – Yenidən ucuzlaşa bilər
Hazırda oxunan: Hibrid avtomobil almağa TƏLƏSMƏYİN! – Yenidən ucuzlaşa bilər
577659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































