Bu gün sizə 44 günlük Vətən Müharibəsinin qəhrəman oğullarından biri – şəhid Sərxan Məmmədovdan danışacağıq.
Sərxan 1993-cü ildə Yevlax rayonunun Nemətabad kəndində dünyaya göz açıb. Uşaqlıqdan tərbiyəsi, mərdliyi və səmimiyyəti ilə kəndin sevimlisinə çevrilib.
2012-ci ildə hərbi xidmətə yollanan Sərxan, əsgəri borcunu şərəflə yerinə yetirərək evinə dönür. Xəstə atasına dayaq olur, ailəsinə kömək edir, amma qəlbində bir arzu yaşayır – hərbçi olmaq arzusu...
Böyük səylərdən sonra arzusu reallaşır. 2020-ci ilin aprelində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qoşulur. Elə həmin ilin payızında başlayan Vətən Müharibəsinə qatılır.
Ən ağır döyüşlərdən biri – Suqovuşan uğrunda gedən mübarizədə igidliklə vuruşur
Oktyabrın 13-də ailəsinə zəng edir. Son sözləri isə belə olur: “Ağır əməliyyatlara girirəm. İnşallah sağ çıxım, qızımı gətirərsiz, görüm… Onun üçün çox darıxmışam”
Sərxan Məmmədov Suqovuşan istiqamətində qəhrəmancasına şəhid olur. Onun nəşi 13 gün neytral zonada qalır və yalnız oktyabrın 27-də doğma torpağa – Yevlax rayon Şəhidlər Xiyabanına gətirilir.
Gülpəri ana hələ də oğlunun yoxluğu ilə barışa bilmir:
Ətraflı Bizim.Media-nın videosüjetində:
Leyla Vəfadar, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:00 / 28.10.2025
“Atam hələ də gəlmir...” – Nəşi 13 gün neytral zonada qalan şəhid Sərxan Məmmədovun HƏYAT HEKAYƏSİ – VİDEO
Hazırda oxunan: “Atam hələ də gəlmir...” – Nəşi 13 gün neytral zonada qalan şəhid Sərxan Məmmədovun HƏYAT HEKAYƏSİ – VİDEO
Hazırda oxunan: “Atam hələ də gəlmir...” – Nəşi 13 gün neytral zonada qalan şəhid Sərxan Məmmədovun HƏYAT HEKAYƏSİ – VİDEO
577657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































