Fərid Qayıbov ADNSU-nun Azərbaycan dilli ilk MBA tələbələri ilə görüşdü – FOTO

Hazırda oxunan: Fərid Qayıbov ADNSU-nun Azərbaycan dilli ilk MBA tələbələri ilə görüşdü – FOTO

577654

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azərbaycan dilində MBA proqramı çərçivəsində dinləyici-tələbələr üçün xüsusi dərs günü təşkil olunub. 

Bizim.Media xəbər verir ki, tədbirin qonaq spikeri Gənclər və İdman naziri Fərid Qayıbov olub. 

Qonaq mühazirəsi zamanı nazir, liderlik, komanda işi və gənclərin cəmiyyətdə fəal vətəndaş mövqeyinin əhəmiyyəti kimi mövzulara toxunub.


Fərid Qayıbov idarəçilik və idman sahəsindəki zəngin təcrübəsini tələbələrlə bölüşüb, peşəkar inkişafla bağlı real nümunələr və dəyərli tövsiyələr təqdim edib. 

Görüş interaktiv formatda keçib. Tələbələr nazirə suallar ünvanlayaraq şəxsi maraq və peşə yönümlü məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazanıblar.












Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin