“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov deputat Elman Nəsirovla bağlı yayılan iddialara münasibət bildirib. O, mətbuatda millət vəkilini müdafiə etməsi və onun qızı Laləzar Əliyevanı evlə təmin edəcəyi barədə məlumatların yanlış anlaşıldığını vurğulayıb.
Bizim.Media-ya açıqlamasında İsfəndiyar Axundov qeyd edib ki, deputat Elman Nəsirovla şəxsi tanışlığı yoxdur:
“Elman Nəsirovu sadəcə televiziyada görmüşəm. Başqa bir tanışlığımız yoxdur. Ancaq televiziya vasitəsilə tanıyıram. Dövləti sevən adamı mən də sevirəm”, - deyə o bildirib.
Şərurlu İsfəndiyar eyni zamanda Elman Nəsirovun qızı Laləzar Əliyeva ilə bağlı məsələyə də aydınlıq gətirib:
“Qızı ilə danışıqlarımız davam edir. Hələ evi qəbul edib-etməyəcəyini dəqiq bilmirəm. Bununla bağlı sonradan məlumat verəcəyəm”.
Qeyd edək ki, “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov deputat Elman Nəsirovun qızı Laləzar Əliyevanı evlə təmin edəcəyini açıqlayıb. İş adamı bununla bağlı videomüraciət yayıb. O deyib ki, Laləzar Əliyevaya 5 il müddətində yaşamaq üçün ev verir, 5 ildən sonra mənzili geri qaytararlar.
Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun ilk nikahından olan qızı Laləzər Əliyeva (Nəsirova) sosial şəbəkədə çıxış edərək atasından gileylənib.
Xaricdə yaşayan dayısının birotaqlı evinə sığındığını vurğulayan xanım atasının onun telefonlarını bloka atdığını, ondan qaçdığını iddia edib və kömək istəyib.
Elman Nəsirov isə qızının ev problem olmadığını deyib. Üstəlik millət vəkili qızının gələn il hazır olacaq binadan iki ev alacağını da vurğulayıb.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:10 / 28.10.2025
Şərurlu İsfəndiyar: “Elman Nəsirovun qızının evi qəbul edib-etməyəcəyini dəqiq bilmirəm”
Hazırda oxunan: Şərurlu İsfəndiyar: “Elman Nəsirovun qızının evi qəbul edib-etməyəcəyini dəqiq bilmirəm”
Hazırda oxunan: Şərurlu İsfəndiyar: “Elman Nəsirovun qızının evi qəbul edib-etməyəcəyini dəqiq bilmirəm”
577642
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































