Lerik rayonunda yeznə ilə qayın arasında baş vermiş mübahisə nəticəsində bir nəfər ağır xəsarət alıb.
Bizim.Media xəbər verir ki, Lerik rayonunun Vılık kənd sakini, 1969-cu il təvəllüdlü Bəşir Sahib oğlu İbadov kəllədaxili travma, sağ qulağın açıq yarası və sol çiyin qurşağının əzilməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə köçürülüb.
Yaxınlarının bildirdiyinə görə, B.İbadov gözətçi işləyib və hadisə gecə saatlarında baş verib.
Mübahisə zamanı ona yaxın qohumu hücum edib və bədənin müxtəlif nahiyələrinə xəsarət yetirib.
Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirir. Hadisənin dəqiq səbəbləri və təfərrüatları araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:58 / 28.10.2025
Lerikdə qohumlar arasında dava: XƏSARƏT ALAN VAR
Hazırda oxunan: Lerikdə qohumlar arasında dava: XƏSARƏT ALAN VAR
Hazırda oxunan: Lerikdə qohumlar arasında dava: XƏSARƏT ALAN VAR
577611
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































