AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Milli Qəhrəmanlar - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyevanın xatirələri əbədiləşdirilib.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, II Fəxri xiyabanda dəfn olunan hər üç qəhrəmana məzarüstü abidə - büst qoyulub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-i Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Yaralılardan Zaqatala sakini Nurullah Siracov uzun müddət sonra – bu ay vəfat edib.







Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:05 / 28.10.2025
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu – FOTO/VİDEO
Hazırda oxunan: Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu – FOTO/VİDEO
Hazırda oxunan: Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu – FOTO/VİDEO
577580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































