Gəncədə ağır qəza - 1 ölü, 4 yaralı var – FOTO/VİDEO

Hazırda oxunan: Gəncədə ağır qəza - 1 ölü, 4 yaralı var – FOTO/VİDEO

577567

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə N. Rəfibəyli küçəsinin kəsişməsində baş verib.

Hərəkətdə olan “Fiat Doblo” markalı avtomobillə “Hyundai Tucson” işıqforda toqquşub.

Nəticədə “Fiat Doblo”nun sərnişini hadisə yerində ölüb, “FİAT Doblo”nun sürücüsü 1989-cu il təvəllüdlü Ə. Verdiyev və 2004-cü il təvəllüdü R. Mehdiyev, 2003-cü il təvəllüdlü Ə. Nağızadə və 1962-ci il təvəllüdlü T. Kərimova  xəstəxanaya çatdırılıblar. 

Hadisə yerinə FHN-in xilasedici qrupu və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.














Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin