Zaqatalada günlər əvvəl döyülən şəxs xəstəxanada öldü

Hazırda oxunan: Zaqatalada günlər əvvəl döyülən şəxs xəstəxanada öldü

577550

Xəbər verdiyimiz kimi ötən həftə rayon ərazisində naməlum şəxslər şəhər sakini, 41 yaşlı İsgəndər Musayevi ölümcül vəziyyətdə döyərək hadisə yerini tərk etmişdilər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən İsgəndər Musayev bir həftə sonra dünyasını dəyişib.
 

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.


Həyata keçirilən araşdırmalarla məlum olub ki, İsgəndər Musayevi rayonun Yuxarı Tala kəndi ərazisində tanışları Hafiz Hacıyev və Rasim Abbasov döyüb. Hadisəyə səbəb onların aralarında baş verən münaqişə səbəb olub.
 

İsgəndər Musayevi döyməkdə şübhəli bilinən Hafiz Hacıyev və Rasim Abbasov  hadisədən sonra qaçıb gizləniblər. Hazırda onların tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.


Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin müvafiq maddəsi ilə cinayət işi başladılıb, araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media. Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin