Xəbər verdiyimiz kimi Voronej şəhərində saxlanılan Azərbaycan diasporunun rəhbəri və "Alekseyevski” bazarının sahibi Yusif Rəsul oğlu Xəlilovun bir neçə gün öncə azad edildiyinə dair məlumatlar yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Voronejdə saxlanılan Azərbaycan diasporunun rəhbərini AZAD ETDİ
Bizim.Media xəbər verir ki, Rusiya məhkəməsi Xəlilovun azad edilməsinə dair məlumatları təkzib edib.
Bildirilib ki, azərbaycanlı iş adamı Yusif Xəlilov barəsindəki həbs qətimkan tədbiri 13 oktyabrda uzadılıb, o, ən azı 15 dekabradək həbsdə qalacaq.
Məhkəmə eyni zamanda sahibkarın gələcək taleyi barədə əlavə məlumata malik olmadığını bildirib:
“Onunla bağlı sonra nə baş verəcək? Bu barədə məlumatımız yoxdur”.
Qeyd edək ki, daha əvvəl iş adamının azadlığa buraxıldığı və Azərbaycanda olduğuna dair barədə məlumat yayılmışdı.
Bizim.Media






























































































