Xalq əfsanəsi - Hamı mütləq qızılcaya yoluxmalıdır?

Hazırda oxunan: Xalq əfsanəsi - Hamı mütləq qızılcaya yoluxmalıdır?

577509

Azərbaycan xalqı rəngarəng adətləri inancları ilə seçilir. Xalqımızın demək olar ki hər mövzuda hətta xəstəliklərlə belə inancı var. Məsələn qızılcanı buna misal göstərmək olar. El arasında belə bir adət var ki qızılca olan insanın otağında hər şey, pərdəsi,yataq örtüsü hətta onun geyimləri belə qırmızı rəngdə olmalıdır. Bu isə qızılcanın daha tez bitməsinə və ya xəstənin xəstəliyi yüngül keçirməsinə səbəb olacaq. Əlbəttə bunlar hər biri bir qədimdən gələn inancdır.

Ancaq bəzi fikirlərə görə hər kəs həyatında 1 dəfə qızılca keçirməlidir. Hətta el arasında belə bir əfsanə də yayılıb ki, "qəbrdə belə qızılca olmaq olar".

Bəs həqiqətən də insan həyatında mütləq ki, qızılca keçirməlidir? 

Bizim.Media mövzuyla bağlı infeksionist Mərdan Əliyevin fikirlərini öyrənib. İnfeksionist qızılcayla bağlı deyilənlərin çoxunu şəhər əfsanəsi adlandırıb.

O deyib ki, əvvəl qızılcaya kütləvi şəkildə yoluxmalar olduğu üçün insanlarda elə bir fikir formalaşıb ki, hər kəs qızılca keçirməlidir.

"Qızılca sürətlə yayılan xəstəlikdir. Onun yoluxdurma qabiliyyəti çoxdur. Hətta açıq havada belə yayıla bilər. Əvvəl peyvənd olmadığı üçün kütləvi şəkildə qızılcaya yoluxma olduğu üçün düşünürlərmiş ki, hər kəs qızılca olmalıdır".

Mərdan Əliyev vurğulayıb ki, peyvənd olanlar artıq bu xəstəliyi keçirmir.

"İnsan bir xəstəliyə ya yoluxmalıdır, ya da peyvənd olunmalıdır. Peyvənd olmasa, yoluxacaq. Peyvənd olunanlar artıq bu xəstəliyə yoluxmur".

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin