Bakıda naməlum şəxs Türkiyənin dövlət bayrağına qarşı hörmətsizlik edib.
Bizim.Media xəbər verir ki, o, dirəkdəki ipi kəsərək qardaş ölkənin bayrağını yerə salıb.
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırmaya başlayıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Bizim.Media