Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Elman Nəsirovun ilk nikahından olan qızı Laləzər Əliyeva (Nəsirova) sosial şəbəkədə çıxış edərək atasından gileylənib. O, atasının onunla maraqlanmadığını, üstəlik mənzil problemi səbəbindən dayısının birotaqlı evinə sığındığını vurğulayıb.
Bizim.Media xəbər verir ki, deputat “Baku TV”də qonaq olduğu verilişdə sözügedən iddialara münasibət bildirib.
O, qızının mənzil problemi olmadığını qeyd edib:
“Əllərində bayraq ediblər ki, deputatın qızı çöllərdə qalıb. Bu məsələdə heç bir problem yoxdur. Yeri gəlmişkən, Nərimanov rayonu Firdovsi Məmmədov küçəsində üçotaqlı və birotaqlı olmaqla iki ev gələn il istifadəyə veriləcək. Həmin evlər də onlarındır. Eyni zamanda yoldaşının da evi var.
Bu məsələdə özünü ürəyi yanırmış kimi göstərənlərə üzümü tuturam: Yazıqsınız, siz özünüz kirayədə yaşayırsınız, gedin öz halınıza yanın. Onların evləri də, eşikləri də var”.
Daha ətraflı videoda:
Bizim.Media































































































