Azərbaycan gəncləri Trampa nə yazıb?

Hazırda oxunan: Azərbaycan gəncləri Trampa nə yazıb?

577457

Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan-Amerika Gənclər Federasiyası 27 Sentyabr – Anım Günü ilə bağlı məktubların göndərilməsi kampaniyasını həyata keçirib. 

Bizim.Media xəbər verir ki, kampaniya Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin və mülki şəxslərin əziz xatirəsinə həsr olunub.
 

ABŞ Prezidenti Donald Trampa, eləcə də senatorlara və Konqres üzvlərinə göndərilən məktublarda vurğulanır ki, Azərbaycan torpaqları uzun illər işğal altında olub və nəticədə bir milyondan çox insan doğma yurd-yuvasını tərk etməyə məcbur qalıb.


Məktublarda həmçinin 44 gün davam edən Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası, “Böyük Qayıdış” proqramı, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həmçinin minalardan təmizləmə prosesi barədə məlumat verilib.

Məktublarda ABŞ-ın Cənubi Qafqazda sülh və sabitliyin təmininə yönəlmiş səyləri yüksək qiymətləndirilib və bu dəstəyə görə minnətdarlıq ifadə olunub.

Azərbaycan-Amerika Gənclər Federasiyası bəyan edib ki, Azərbaycanla ABŞ arasında sülh, ədalət və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsinə sadiqdir. (Haqqin.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin