İki il əvvəl törədilən cinayətin üstü açıldı - Qadını həmkəndlisi öldürübmüş...

Hazırda oxunan: İki il əvvəl törədilən cinayətin üstü açıldı - Qadını həmkəndlisi öldürübmüş...

57745

Azərbaycanda 2 il əvvəl törədilərək bağlı qalmış cinayətin üstü açılıb.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, 2020-ci ilin sentyabr ayının 4-də, saat 10 radələrində Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində 1962-ci il təvəllüdlü Şəmmədova Aidə Ağadadaş qızının yaşadığı evdə başına küt alətlə vurularaq qətlə yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmişin həmkəndlisi, 1992-ci il təvəllüdlü Tapdıqov Şəhriyar Əliyar oğlunun  Aidə Şəmmədovanın yaşadığı evə tamah niyyəti ilə daxil olaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu gün Şəhriyar Tapdıqov şübhəli şəxs qismində tutulmuş, sonuncu istintaqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf etməklə cinayətin alətini təqdim edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin