Peşə məktəblərində oxuyanların DİQQƏTİNƏ - Təqaüdlər bu tarixdə köçürüləcək

Hazırda oxunan: Peşə məktəblərində oxuyanların DİQQƏTİNƏ - Təqaüdlər bu tarixdə köçürüləcək

577444

Universitetlərlə, kolleclərlə yanaşı, Peşə Təhsili Müəssisələrinin də əksəriyyətində I kursların təqaüdləri hələ də ödənilməyib. Məsələn, buna nümunə olaraq, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin və yaxud 5 nömrəli texniki peşə məktəbini göstərmək olar.

Bəs I kursların təqaüdləri nə zaman ödəniləcək?

Bizim.Media mövzuyla əlaqədar Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

7 mindən çox şagirdin təhsil aldığı peşə təmayüllü siniflər – Onlar hansı avadanlıqlarla TƏCHİZ olunub?


Agentlikdən bildirilib ki, təqaüdlər noyabrın 10-dək ödəniləcək.

“Yeni tədris ilinin başlanması ilə əlaqədar yeni qəbul olmuş tələbələrin kart sifarişləri, müvafiq sənədlərin üst qurum tərəfindən yoxlanılması və yeni tədris ilində təqaüd məbləğlərində artımın tənzimləməsinin həyata keçirilməsi ilə bağlı gecikmələrin olması yolveriləndir.

Təqaüd məbləğlərinin ödənilməsinin noyabr ayının 10-dək həyata keçirilməsi gözlənilir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin