“40 yaşdan yuxarı qadınlar üçün erkən skrininq müayinələri həyati əhəmiyyət daşıyır. Orqanizmdə baş verən dəyişikliklər qadınlara çox vaxt “siqnal” verir, lakin bu siqnallar gündəlik həyatın qayğıları arasında çox zaman diqqətdən kənarda qalır”.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in onkoloq-həkimi Nərmin Axundova Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı” adlı tədbirdə çıxışı zamanı qeyd edib. Onun sözlərinə görə hər bir qadının bədənində hər gün siqnal səsləri olur:
“Amma ailə və məişət məsələləri səbəbilə çox vaxt bu səsləri dinləyə bilmirik. Dəri qızarması, dartınma və ya “portağal dərisi” kimi simptomlar müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir,” – deyə Nərmin Axundova vurğulayıb.
O, bildirib ki, Gəncədə aparılan müayinələr zamanı 110 qadına mamoqrafiya, ümumilikdə 300-dən çox qadına isə profilaktik müayinə keçirilib:
“Bu müayinələr nəticəsində 8 qadında erkən mərhələdə diaqnoz aşkarlanıb. Erkən müalicə sayəsində həyat xilas etmək mümkündür”.
Həkim qeyd edib ki, süd vəzisi itkisi qorxusu yaşayan qadınlar üçün rekonstruktiv cərrahiyyə müasir tibbin verdiyi mühüm imkanlardan biridir:
“Bu gün irəliləmiş texnologiyalar vasitəsilə hər bir qadın süd vəzisini bərpa edə bilər. Biz qadınlara həm sağlamlığını, həm də özünə inamını geri qaytara bilirik. Bir qadının sağlamlığı gələcək nəsillərin sağlamlığı ilə birbaşa bağlıdır və hər bir qadın öz bədəninin siqnallarına diqqətlə yanaşmalıdır”.
Nəzrin Elxan, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:54 / 27.10.2025
TƏBİB-in onkoloqundan 40 yaşdan yuxarı qadınlara ÇAĞIRIŞ
Hazırda oxunan: TƏBİB-in onkoloqundan 40 yaşdan yuxarı qadınlara ÇAĞIRIŞ
Hazırda oxunan: TƏBİB-in onkoloqundan 40 yaşdan yuxarı qadınlara ÇAĞIRIŞ
577419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































