“22 regionda 3000-dən çox qadın profilaktik müayinələrə cəlb edilib. Füzuli və Ağalıda 500-dən çox sakinə təmənnasız müayinə təşkil olunub”.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinin rəhbəri Nigar Rüstəmli “Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı” adlı tədbirdə çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə profilaktik və maarifləndirici sosial layihələr çərçivəsində ölkənin müxtəlif bölgələrində müayinələr keçirilir:
“TƏBİB-in əsas məqsədi xəstəliklərin qarşısını vaxtında almaq, fərqindəlik yaratmaq və hər bir insanın həyatını xilas etməkdir. Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə aztəminatlı ailələr, ahıllar və uşaq evləri üçün sosial müayinələr də təşkil olunur. Bu layihələrlə biz qayğı və sevgi ehtiyaclarını birləşdirmişik. Paralel olaraq, il ərzində hər ay bir peşə gününü qeyd etməklə profilaktik müayinə mədəniyyətini təbliğ edirik,” – deyə Rüstəmli əlavə edib.
Nəzrin Elxan, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:46 / 27.10.2025
“3000-dən çox qadın təmənnasız müayinələrə cəlb edilib” - TƏBİB
Hazırda oxunan: “3000-dən çox qadın təmənnasız müayinələrə cəlb edilib” - TƏBİB
Hazırda oxunan: “3000-dən çox qadın təmənnasız müayinələrə cəlb edilib” - TƏBİB
577416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































