Elçin Ağamalıdan atasının iddialarına CAVAB – “Telefonla danışmışıq”

Hazırda oxunan: Elçin Ağamalıdan atasının iddialarına CAVAB – “Telefonla danışmışıq”

577396

Xəbər verdiyimiz kimi, oktyabrın 25-də keçirilən Ana Vətən Partiyasının qurultayında insident yaşanıb.

Belə ki, Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün Qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Oğlum dünəndən səhhətimlə maraqlanmayıb” - Fəzail Ağamalı


Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb və Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə Ana Vətən Partiyasına yeni sədr seçilib.

Hadisədən sonra Fəzail Ağamalının səhhəti pisləşib və ailə həkimi çağrılıb. Yayılan məlumata görə, Elçin Ağamalı atasının səhhəti ilə maraqlanmayıb, onun ziyarətinə getməyib.

Məsələ ilə baölı Elçin Ağamalı ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, atasının ziyarətinə getməyib: 

“Düzü, yanına getməmişəm. Amma səhəri gün onunla telefonda danışmışam”.

Elçin Ağamalı AVP qurultayının işinə fasilə verilməsi qərarı ilə razılaşmadığını da diqqətə çatdırıb:

“Bu gündən növbəti hüquqi prosedurlara başlayırıq. Qurultayın səlahiyyətli olması və yeni sədrin səlahiyyətlərinin təsdiqi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmək üçün hazırlanıb”.

“Siz artıq özünüzü AVP-nin yeni sədri hesab edirsinizmi?” sualımıza Elçin Ağamalı belə cavab verib:

“Bəli, mən partiyanın sədri seçilmişəm. Bunu ispat edən qurultayın videoçəkilişi mövcuddur. Qurultayın protokolunu  çəkilişlə birgə Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin