Xaçmazda hamamda dünyasını dəyişən informatika müəllimi Mehriban Qafarlıdan sonra daha bir xanım müəllim, 42 yaşlı Elnarə Hümmətova həyatını itirib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz sektorunun rəhbəri Qələmşah Dostiyev Bizim.Media-ya məlumat verib ki, əslən Quba rayonundan olan Elnarə Hümmətova Xaçmaz şəhərində yaşayırdı.
Şəhər 2 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyirdi, sertifikasiya imtahanında 60 bal toplamışdı.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


































































































