Soğan anbarlarda qalıb: Fermerlər məhsulun ucuzluğundan gileylənirlər – VİDEO

Hazırda oxunan: Soğan anbarlarda qalıb: Fermerlər məhsulun ucuzluğundan gileylənirlər – VİDEO

577364

Fermerlər bu il soğanın qiymətinin aşağı olmasından narazıdırlar. Onlar qazanc əldə etmək məqsədilə soğan əkiblər, lakin məhsulu sata bilmirlər.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, Ağdamlı fermerlərin sözlərinə görə, əvvəlki illərdə də soğan əkiblər, ancaq bu il sahədən gəlir əldə etmək mümkün olmayıb.

Fermerlər qiymətin maya dəyərindən aşağı olmasının əsas səbəblərindən biri kimi ixrac imkanlarının olmamasını göstərirlər.

Hazırda əllərindəki məhsulu borclarının bir qismini ödəmək üçün maya dəyərindən aşağı satmağa məcbur qaldıqlarını qeyd ediblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin