Samuxda minik maşını su arxına düşdü - Xəsarət alan var

Hazırda oxunan: Samuxda minik maşını su arxına düşdü - Xəsarət alan var

577297

Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 26.10.2025-ci il tarixində saat 03:00 radələrində 1 nəfər (kişi) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
 

Pasiyentə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.


Başın çapılmış yarası, sol dördüncü qabırğanın sınığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, Samux rayonu ərazisində hərəkətdə olan VAZ 2107 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su arxına düşüb.

Qəza zamanı 1980-ci il təvəllüdlü M.Qəribov xəsarət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin