Saray qəsəbəsində avtomobil yeniyetmələri vurdu: Ölən və xəsarət alan var

Hazırda oxunan: Saray qəsəbəsində avtomobil yeniyetmələri vurdu: Ölən və xəsarət alan var

577288

Abşeron rayonunun Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, "Chevrolet Cruze" markalı minik maşını yolu keçmək istəyən yeniyetmə oğlanları vurub.
 

Hadisə nəticəsində onlardan biri aldığı xəsarətlərdən xəstəxanada ölüb, digəri isə ağır vəziyyətdə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb.


Qəza yerinə hüquq-mühafizə orqanları və təcili yardım əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin