“Oğlum dünəndən səhhətimlə maraqlanmayıb” - Fəzail Ağamalı

Hazırda oxunan: “Oğlum dünəndən səhhətimlə maraqlanmayıb” - Fəzail Ağamalı

577285

Ana Vətən Partiyasının sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirildiyi ilə bağlı informasiya yayılıb.

Bizim.Media xəbər verir ki, modern.az onunla əlaqə saxlayıb.

Fəzail Ağamalı xəstəxanaya yerləşdirilmədiyini bildirib:

“Dünən bir az səhhətimdə problem yarandı. Ailə həkimimizi çağırdıq. Gəldi, dava-dərman elədi. Dedi ki, dincəlmək lazımdır. İndi də səhhətim yaxşıdır. Eşidirsiniz, səsim də gur çıxır”.
 

F.Ağamalı oğlunun onunla yaşananlardan sonra heç bir əlaqə saxlamadığını deyib. Elçin Ağamalı isə məsələ ilə bağlı danışmaq istəmədiyini söyləyib.


“Siyasi məsələlər bir yana bu, özəl məsələdir”,- o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin