Xəyanətdən doğan nifrət: “Şəhriyar sindromu” nədir?

Hazırda oxunan: Xəyanətdən doğan nifrət: “Şəhriyar sindromu” nədir?

577259

“Nə qədər qəribə səslənsə də, xəyanət günümüzün reallığıdır. Demək olar ki, hər gün kimlərinsə xəyanəti barədə eşidirik. Bu bizlər üçün nə qədər sıradan bir xəbər olsa da, xəyanətə uğramış bəzi insanlarda xəyanət dərin bir iz buraxır. Tərəf müqabillərindən xəyanət görmüş bəzi insanlar əks cinsin nümayəndələrinə nifrət edirlər. Onlar tanış olduqları istənilən əks cinsin nümayəndəsindən heyf almağa və hətta onu öldürməyə çalışırlar. Buna elmdə “Şəhriyar sindromu” deyirlər”.

Bunu “Şəhriyar sinrdomu” haqqında Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib.

O əlavə edib ki, bu sindromun adı məşhur “Min bir gecə” nağılından götürülüb:
 

“Bildiyimiz kimi, məşhur nağılda padişah Şəhriyar hər gün bir qadınla gecələyirmiş. Səhər açılanda isə həmin qadının boynunu vurdururmuş. Bunun səbəbi də ilk sevdiyi qadından xəyanət görməsi idi. Nağılda deyildiyi kimi, Şəhriyarı bu dəhşətli xəstəlikdən Şəhrizad xilas edir. Ona 40 gün, 40 gecə söylədiyi nağıllar hesabına Şəhriyar qorxunc sindromdan xilas olur.


Amma bu gün bu sinromla yaşayan insanlar az deyil. Belələrindən qorxmaq yox, onlara mərhəmət, sevgi və etimad göstərmək lazımdır. Məhz gördükləri inam və etibar sayəsində insanlar ağır “Şəhriyar sindromu”ndan xilas ola bilərlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin