Səssiz və qəfil ÖLÜM - Bu vitaminin özbaşına qəbulu TƏHLÜKƏLİDİR!

Hazırda oxunan: Səssiz və qəfil ÖLÜM - Bu vitaminin özbaşına qəbulu TƏHLÜKƏLİDİR!

577249

Ətrafımızda nə qədər insan özbaşına, həkim təyinatı olmadan, sadəcə sosial şəbəkələrdəki təbliğat xarakterli çağırışlardan sonra D vitamini və onun əlavələrindən istifadə edir. Amma mütəxəssislər bildirirlər ki, əhalinin 45 faizinin yəni hər 10 nəfərdən birinin yoxlamadan D vitamini qəbul etməsi gizli və qəfil ölümə səbəb ola bilər. Ürək fəaliyyətinin pozulması – işemiya, infarkt, aritmiyanın artması yanlış və nəzarətsiz D vitami qəbulu və təyinatı ilə  bağlıdır.

Bu barədə, həkim, tibbi təlimçi Asif Eminov məlumat verib. Onun sözlərinə görə, bundan başqa panik atak, yuxu pozuntuları da D vitaminin özbaşına qəbulu ilə əlaqədardır.  
 

MÖVZU İLƏ BAĞLI:

D vitamini çatışmazlığının TƏHLÜKƏLƏRİ


İdman zallarında baş verən qəfil ölümlərin bir səbəbi D vitamini toksikliyidir

“Belə ölüm səssiz gəlir. Nə sancı, nə ağrı hiss olunur. Sadəcə yanlış təyinat və doza ilə ürək fəaliyyətini sonlandırır. D vitamini sadəcə vitamin deyil, həm də bioaktiv maddədir. Böyrəklərin və paratrioid vəzilərinin fəaliyyətini, ürək əzələsinin elektrik impulslarını, beyin və insulin siqnallarını idarə edir. Ona görə də heç bir laboratoriya təsdiqi olmadan, qan dəyərləri müəyyənləşdirilmədən qida əlavəsi kimi D vitaminindən istifadə etmək çox təhlükəlidir. Bəzi gizli xəstəlikləri – qaraciyər və böyrək çatışmazlığında cəmisi bir neçə ay ərzində ölümlə nəticələnə bilər. İdman zallarında baş verən qəfil ölümlərin bir səbəbi də budur”.

Həkim D vitaminin azlığı faktına da toxunub. Bildirrib ki, D vitamini əskikliyi  birbaşa xəstəliyin özü deyil, hər hansı digər xəstəliklərin əlaməti ola bilər.

Məsələn, böyrək patologiyası, bağırsaq iltihabı kimi və s. bu hallarda D vitaminin əskikliyi yaranır:

“Amma bu hallarda da D vitamini təyin etmək alovun üstünə benzin tökmək effekti verir. Əslində xəstə orqanın özünün müalicəsi ilə məşğul olmaq lazımdır. Əgər k2, maqnezium, A vitamini mineral balansı yoxdursa, kalsium sümüklərdən çıxıb damarlarda toplanır, ürəyin elektrik impulsları pozulur və nəticədə qəfil ürək dayanması baş verir. Hər il dünyada minlərlə adam D vitaminin toksikliyindən yaranan hiperkalsimiya, aritmiya və ifarkt səbəbindən ölür. Ona görə də yanlış D vitamini təyinatı sadəcə qeyri-peşəkarlıq deyil, həm də cinayətdir”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin