Kürdəmirdəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Hazırda oxunan: Kürdəmirdəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

577201

Xəbər verdiyimiz kimi Kürdəmirdə 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmirdə AĞIR QƏZA: 2 ölü, 3 yaralı var - FOTO/VİDEO


Baş verən ağır qəza ilə bağlı TƏBİB-dən Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 25.10.2025-ci il tarixində saat 19:30 radələrində Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2-si kişi 1-i qadın olmaqla) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda hər birinin müalicəsi tibb müəssəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin