Vasif Talıbov Bakıya gəlib - MR rəhbərinin yeni qərarlarla bağlı çağırıldığı ehtimal olunur...

Hazırda oxunan: Vasif Talıbov Bakıya gəlib - MR rəhbərinin yeni qərarlarla bağlı çağırıldığı ehtimal olunur...

577195
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dünən axşam saatlarında Bakıya gəlib.
 
Bu barədə “AzPolitika”ya MR-dəki etibarlı mənbə məlumat verib. 
 
V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki “fırtına” ilə bağlıdır. İstisna deyil ki, V.Talıbov Naxçıvanla əlaqədar qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacaq. 
 
Qeyd edək ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var. Bu qərarların yaxın günlərdə elan ediləcəyi gözlənilir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin