Qaraciyər orqanizmin əsas təmizləyici orqanlarından biridir. O, bədəndə toplanan qanı süzür, toksinləri zərərsizləşdirir və maddələr mübadiləsində iştirak edir. Səhv qidalanma, çoxlu şəkər, alkoqol və yüksək dərəcədə emal olunmuş qidalar qaraciyərdə yağ yığılmasına, onun fəaliyyətinin pozulmasına və nəticədə orqanizmin zəhərlənməsinə gətirib çıxarır.
Bizim.Media xəbər verir ki, Qidalanma və Biotexnologiya Federal Elmi Mərkəzinin (FİC) məlumatına görə, tərkibində poliprenollar və polifenollar çox olan düzgün seçilmiş pəhriz qaraciyər xəstəliklərinin yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər. Bu kateqoriyaya bir neçə qida növü daxildir.
Qaraciyər sağlamlığı üçün faydalı məhsulların siyahısını təqdim edirik:
Tərəvəzlər
Qaraciyər üçün xüsusilə faydalı olan tərəvəzlər — çuğundur, kök, kələm və balqabaqdır.
Çuğundur qaraciyər üçün əsl “superfood”dur: tərkibində manqan, fol turşusu, antioksidantlar və lif var, qaraciyəri təmizləməyə və toksinləri çıxarmağa kömək edir.
Kök karotin və vitaminlərlə zəngindir, qaraciyər hüceyrələrinin bərpasına kömək edir.
Kələm antioksidantlar ehtiva edir, qaraciyəri zədələnmədən və iltihabdan qoruyur.
Balqabaq toksinlərin xaric edilməsini və qaraciyər hüceyrələrinin yenilənməsini təmin edir.
Tərəvəzləri buxarda bişirmək, qızartmadan istifadə etməmək və təzə halda yemək tövsiyə olunur. Bu tərəvəzlərdən gündə 2–3 porsiya qəbul etmək qaraciyər sağlamlığını qorumağa kömək edir.
Taxıllar
Yulaf və qarabaşaq qaraciyərin vəziyyətini yaxşılaşdırır. Yulaf xolesterinin səviyyəsini azaldır və maddələr mübadiləsini sürətləndirir, qarabaşaq isə vacib amin turşuları və damarları möhkəmləndirən, qaraciyərin qan dövranını yaxşılaşdıran rutinlə zəngindir. Bu taxıllar fibrozun qarşısını almağa və toxumaların bərpasına kömək edir.
Taxılları suda və ya süddə bişirərək qəbul etmək məsləhət görtülür.
Bitki yağları
Zeytun, kətan və balqabaq yağları öd axımını və lipid mübadiləsini yaxşılaşdırır. Gündə 1–2 çay qaşığı salatlara əlavə etmək tövsiyə olunur, lakin bu yağlarla qızartmalar etmək olmaz, çünki yüksək temperaturda faydalı maddələr parçalanır.
İçkilər
Yaşıl çay, qəhvə və itburnu dəmləməsi də qaraciyər üçün faydalıdır.
Yaşıl çay antioksidant olan katexinlərlə zəngindir — onlar qaraciyər hüceyrələrini (hepatositləri) artıq yağ, alkoqol və toksinlərin yaratdığı oksidləşdirici stressdən qoruyur, yağ mübadiləsini yaxşılaşdırır və iltihabı azaldır.
Qəhvə antifibrotik və antioksidant təsirə malik maddələr ehtiva edir, qaraciyər fermentlərini aktivləşdirir, öd axımını yaxşılaşdırır və hüceyrələrin bərpasını sürətləndirir.
İtburnu C vitamini və qaraciyər hüceyrələrini möhkəmləndirən maddələrlə zəngindir, öd ifrazını artırır və maddələr mübadiləsini dəstəkləyir.
Gündə iki stəkana qədər bu içkilərdən istifadə etmək tövsiyə olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:49 / 25.10.2025
Qaraciyər üçün faydalı QİDALAR: Gündə ən az 2 dəfə yemək lazımdır
Hazırda oxunan: Qaraciyər üçün faydalı QİDALAR: Gündə ən az 2 dəfə yemək lazımdır
Hazırda oxunan: Qaraciyər üçün faydalı QİDALAR: Gündə ən az 2 dəfə yemək lazımdır
577189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































