Gürcüstan və Azərbaycanın təhlükəsizlik orqanlarının rəhbərləri arasında əməkdaşlıq münasibətləri MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: Gürcüstan və Azərbaycanın təhlükəsizlik orqanlarının rəhbərləri arasında əməkdaşlıq münasibətləri MÜZAKİRƏ EDİLDİ

577175

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze ilə Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş gələcək təşəbbüsləri müzakirə ediblər.

Həmçinin informasiya və təcrübə mübadiləsinin intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, iki ölkənin təhlükəsizlik orqanları arasında möhkəm əməkdaşlıq həm ikitərəfli münasibətlərin inkişafına, həm də regionda sülhün və sabitliyin qorunmasına mühüm töhfə verir. Görüş zamanı regionda baş verən proseslər və mövcud problemlər də diqqət mərkəzində olub.

Mamuka Mdinaradze Gürcüstana səfərinə görə Əli Nağıyevə təşəkkürünü bildirib və bu səfərin iki dövlətin müvafiq qurumları arasında əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən görüşdə həmçinin hər iki ölkənin təhlükəsizlik orqanlarının rəhbərlərinin müavinləri və struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Görüşdən sonra Mamuka Mdinaradze və Əli Nağıyev Ümummilli Lider Heydər Əliyevin abidəsinin və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin