“Zarafatyana dərsləri ilə tanınan bu müəllim bizi aldadıb” - FOTO

Hazırda oxunan: “Zarafatyana dərsləri ilə tanınan bu müəllim bizi aldadıb” - FOTO

577164

“İnstaqram üzərindən ingilis dilini daha çox zarafatyana tədris etməsi ilə tanınan Azər İsmayılov pulumuzu alıb, ancaq dərsə çağırmır”.

Bizim.Media xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya bir qrup tələbə müraciət edib.

Tələbələrin sözlərinə görə, “iamzervacademy” kimi tanınan bu dil kursu 3 ayın ödənişini əvvəldən alıb, lakin dərs keçmir: “Azər İsmayılov bizi aldadıb. Tez-tez səhifəsində dərslərə kampaniya edir. Məsələn “bir dərs 50 AZN” kimi paylaşım etmişdi. Mən və dostlarım da buna qoşulduq. Bəzilərindən 3 aylıq ödənişi əvvəldən aldı. Dərsi hər gün yubadırdı. Artıq bu müddət 3 ayı ötüb, hələ də əlaqə saxlaya bilmirik. Bizi telefondan bloklayıb, pulumuzu geri qaytarmır”.
Onlar, həmçinin bildirib ki, A.İsmayılovun səhifəsindəki paylaşımların rəy bölməsində başqa tələbələr də şikayət edib: “Düşünmürdük ki, belə bir hal baş verər. Bizdən başqa, nə qədər tələbə də ondan şikayətçidir. Səhifəsindəki paylaşımların rəy bölməsində bunu görmək mümkündür. Biz özümüz tələbəyik, çətindir. Hər kəsdən 150 manat alanda, nə qədər pul edir.

Məsələ ilə bağlı polisə müraciət etməmişik. Amma istəyirik ki, hər kəs xəbərdar olsun. Bu müəllim dələduzluqla məşğuldur”.

Şikayətçilər əlavə ediblər ki, səhifədə tanınmış şəxslərin, müğənnilərin dərslərdə iştirak etməsinə dair videoların olması onlarda bu kursa etimad yaradıb.

İddialara cavab üçün Azər İsmayılovla əlaqə saxladıq. O, məlumatların həqiqəti əks etdirmədiyini bildirdi: “Tələbələr öz şəxsi səbəbləri olduğu üçün dərsə qoşulmayıblar. Hər kəsin dərsi vaxtında keçirilir. Tələbələr üçün öncədən rezervasiya ödənişi edilir. Əgər dərsə qoşulmursa, 14 iş günü müddətində onun pulu geri qaytarılır. Deaktivasiya şöbəsi bu işlə məşğuldur. Şəxsi səbəblərə görə dərsə qoşulmayan tələbələr dərs paketlərini ləğv edə bilərlər.

Tələbələrdən birinin atasının səhhətində problem var imiş. Buna görə də qoşulmayıb. Artıq həmin tələbənin ödənişi geri qaytarılıb. Digərlərinin isə dərsləri başladılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin