“Sputnik Azərbaycan”ın şef redaktoru Yevgeni Belousov həbsdən azad edildikdən sonra Bakını tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “İzvestiye” nəşrinə açıqlamasında bildirib.
Zaxarovanın bildirdiyinə görə, Belousov təyyarə ilə Moskvaya uçub.
Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə Belousov ötən gün ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov Daxili İşlər Nazirliyinin (DİN) 30 iyun 2025-ci il tarixdə “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:00 / 25.10.2025
Ev dustaqlığına buraxılan “Sputnik Azərbaycan”ın şef redaktoru Bakını tərk edib
Hazırda oxunan: Ev dustaqlığına buraxılan “Sputnik Azərbaycan”ın şef redaktoru Bakını tərk edib
Hazırda oxunan: Ev dustaqlığına buraxılan “Sputnik Azərbaycan”ın şef redaktoru Bakını tərk edib
577161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































