İçərişəhərdə Zeytun Festivalı KEÇİRİLƏCƏK

Hazırda oxunan: İçərişəhərdə Zeytun Festivalı KEÇİRİLƏCƏK

577155

İçərişəhərdə 31 oktyabr – 2 noyabr tarixlərində Zeytun Festivalı keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Məlumata əsasən, tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.
 

"Festival çərçivəsində zəngin yarmarka proqramı, konsertlər, rəssamların açıq hava plenəri, həmçinin sərgilər təşkil olunacaq. Qonaqlar həm müxtəlif bölgələrdən gətirilən zeytun və zeytun məhsulları ilə tanış olacaq, həm də İçərişəhərin tarixi mühitində maraqlı mədəni və əyləncəli anlar yaşayacaqlar", - məlumatda deyilir.


Bundan əlavə, festival çərçivəsində uşaqlar üçün xüsusi əyləncə proqramı da nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin